Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Avrozonanın büdcə planı müzakirə edildi

 

Üzv ölkələrdə iqtisadi islahatlara nəzarət və lazım gələrsə, düzəliş tələb etmək üçün Aİ Komissiyasına geniş səlahiyyətlər verilib.

"Xeberinfo.com": Aİ-nin iqtisadi məsələlər üzrə komissarı Pyer Moskovisinin dekabrın 2-də parlamentarilərlə görüşündə Komissiya artıq bu səlahiyyətlərdən istifadə edəcək. Moskovisi Aİ Komissiyasının avrozona ölkələrinin 2015-ci il üzrə büdcə planlarına mövqeyini bildirəcək.

İqtisadi məsələlər üzrə komitənin toplantısında parlamentarilər Aİ Komissiyasının avrozona ölkələrinin öz büdcə balansı və borclarını nəzarətdə saxlamasını necə qiymətləndirdiyini müzakirə edəcəklər. Son illərdə büdcə defisiti artıb, lakin 2014-cü ildə avrozona üzrə büdcə defisitinin orta hesabla 2,6% olacağı proqnozlaşdırılır. Bu isə Aİ-nin müəyyənləşdirdiyi 3%-lik həddə yaxındır. Əksər ölkələrdə defisitin çoxluğu və zəif inkişafa görə borcun ÜDM-yə nisbəti artıb.

2013-cü ildə Aİ hökumətləri və Avropa parlamentinin iqtisadiyyatın tənzimlənməsi ilə bağlı “2-paket” qaydasına görə, avrozona ölkələri növbəti il üçün büdcə layihəsini oktyabrın 15-dək açıqlamalıdırlar. Bundan sonra Aİ Komissiyası rəy verməli, lazım gəldikdə düzəlişlər təklif etməli, bu isə sonda Aİ Şurası hökumətləri tərəfindən təsdiqlənməlidir.

Moskovisi dekabrın 2-si səhər iqtisadi məsələlər və işsizlik komitəsindən həmkarları Valdis Dombrovskis və Marian Tissen ilə birgə toplantı keçirəcək. Onlar Aİ-nn Aİ komissiyasının “illik inkişafın təsviri”ndə müəyyənləşdirilmiş ümumi iqtisadi prioritetlərini və makroiqtisadi disbalansı (“xəbərdarlıq mexanizmi hesabatı”nda adlandırıldığı kimi) müzakirə edəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam