Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Azərbaycanda iqtisadi durum yaxşılaşır"- BVF rəsmisi

"Azərbaycanda iqtisadi durum yaxşılaşır"

 

 

"2017-ci ildə Azərbaycanda ümumdaxili məhsul istehsalı 1% azalacaq".

 

"Yenixeber.org" "APA-ya istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, 2015-2016-cı illər ərzində Azərbaycan hökuməti tərəfindən görülən müvafiq tədbirlərdən sonra iqtisadi durum yaxşılaşmağa başlayıb: "Biz artıq monetar stabillik müşahidə edirik. Buna baxmayaraq, inflyasiya hələ də ikirəqəmli səviyyədədir. Bu göstərici birrəqəmli olmalıdır. Pul siyasətinə gəlincə, Azərbaycan bunun vasitəsilə stabilliyi təmin edə bilər. Noyabr ayının sonunda bizim missiyamız bir daha ölkəyə səfər edəcək. Bu zaman isə mövcud vəziyyət, o cümlədən 2018-ci illə bağlı büdcə göstəriciləri, proqnozları müzakirə edəcəyik".

 

Təşkilat rəsmisi qeyd edib ki, BVF Azərbaycanla əməkdaşlığı iki istiqamətdə həyata keçirir: "Bu istiqamətlərdən biri iqtisadi siyasətlə bağlı məsləhətləşmələrin aparılması, digər istiqamət isə texniki yardım məsələləri ilə bağlıdır. Biz bir sıra dövlət qurumlarına texniki yardım göstəririk. Məsələn, Maliyyə Nazirliyinə büdcə kəsirinin azaldılmasında, Mərkəzi Banka isə monetar vəziyyətin idarə edilməsində texniki yardım göstəririk. Hal-hazırda isə hökumət tərəfindən hər hansı maliyyə dəstəyinin göstərilməsi ilə bağlı istək yoxdur".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam