Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

8000 nəfərin pensiyası ikiqat artdı

8000 nəfərin pensiyası ikiqat artdı

 

"Azərbaycanda 100 minə yaxın işləyən pensiyaçı var"

 

Yenixeber.org: Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazirin sözlərinə görə, əmək pensiyaları haqqında qanunvericiliyə edilən dəyişikliyə əsasən həmin şəxslərin pensiyaya çıxdıqdan sonra fərdi hesablarına yığılan pensiya kapitalından 72 aydan sonra yenidən istifadə etmək imkanı var: "Bu dəyişikliyə görə, pensiyaya çıxdıqdan sonra işləyən şəxslər öz fərdi hesablarında topladıqları vəsaiti pensiya təyin edildikdən 6 ildən sonra yenidən istifadə etmək hüququ qazandılar. Vətəndaş pensiyaya çıxdıqdan sonra onun hesabındakı pensiya kapitalı sıfırlanırdı və pensiya təyin olunurdu. Sonradan işləməyə davam etdiyi müddətdə həmin fərdi hesabında pensiya kapitalı yığılmaqda davam edirdi. Yeni dəyişikliyə görə, 72 aydan sonra hesaba yığılan puldan istifadə imkanı yaranır. İnsanlar 72 aydan sonra müraciət etdikdə onun pensiyası yenidən hesablanır və fərdi hesabındakı məbləğ də hesablanaraq, onun pensiyasının üzərinə gəlir".

S.Müslümov bildirib ki, artıq 8000-dək vətəndaş bu hüquqdan istifadə edib. "Onların ortalama pensiyalarının artımı 176 manat olub. Həmin şəxslərin pensiyalarının 2 dəfədən çox artmasına gətirib çıxardığını deyib. Bu proses hazırda da davam edir", - deyə o vurğulayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam