Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Banklardan 604 milyon dollar çəkilib -Bir ayda

Azərbaycanda bankların əmanət və depozitləri bir ayda 604 milyon dollar azalıb.

Xeberinfo.com:  Bu barədə iqtisadçı ekspert Nemət Əliyev məlumat paylaşıb.

İqtisadçı yazır ki, hökumət banklardan kənara maliyyə axınını durdura bilmir. Ötən ilin dekabrında əhalinin banklarda dollarla saxladığı əmanətlərin həcmi 216 milyon dollar azalıb. Maliyyə və qeyri-maliyyə təşkilatlarının xarici valyutada saxladığı depozitlərin həcmi isə 277 milyon dollar düşüb. Bu dövrdə manatla saxlanan əmanət və depozitlərin ümumi həcmində də 72 milyon manat azalma qeydə alınıb.

İqtisadçı ümumiləşdirmə apararaq, azalmanı dollarla ifadə edib – 604 milyon.

Beləliklə, aydın olur ki, maliyyə-resurs imkanlarının daralması səbəbiylə bankların vəziyyəti dekabrda daha da pisləşib. Böhranın durdurulmasına dair verilən rəsmi anonslara inanmalı olsaydıq, gərək əksi olaydı, depozit və əmanətlərin həcmi artaydı. Lakin faktlar rəsmi anonsların əksini, yəni pisləşməni təsdiq edir. Təsdiq edir ki, bank əmanətləri son bir ildə 1,9 milyard dollar, son iki ildə 5 milyard dollar azalaraq 4,2 milyarda düşüb”, – deyə N.Əliyev feysbuk səhifəsində yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam