Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Maliyyə sektoruna sərmayə qoyuluşu 86,3% azalıb

birjaBu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarının 2,6 mln. manatı və ya 0,02%-i maliyyə və sığorta fəaliyyəti ilə bağlı olub.

Xeberinfo.com:  Bu sahəyə investisiyaların həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunub. Müqayisəli qiymətlərlə əvvəlki ilin müvafiq dövrünə nisbətən sərmayə qoyuluşunun həcmi 86,3% azalıb.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə bu sahəyə investisiyaların məcmu investisiya qoyuluşunda xüsusi çəkisi 0,14% təşkil edib.

Qeyd edək ki, 2016-cı ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13 009,1 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,0% az vəsait yönəldilib. Ümumi sərmayənin 33,0%-i dövlət, 67,0%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 41,0%-ni təşkil edib. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam