Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Pul köçürmələri 35% azalıb

 

İlkin rəqəmlərə əsasən 2016-cı ilin 9 ayında Azərbaycana daxil olan pul baratları 585,5 milyon dollar təşkil edib.

 

Xeberinfo.com:  Bu barədə Azərbaycan Mərkəzi Bankının cari ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir.

 

Hesabata əsasən, pul baratlarının həcmi 35 faiz azalıb. 2015-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 897 milyon dollar təşkil edib. 2014-cü ilin analoji dövründə isə bu rəqəm 1,16 milyard dollar olub.

 

2016-cı ilin 9 ayında iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı, ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.

Hesabat dövründə də ölkədə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya qoyuluşları davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2016-cı ilin 9 ayında 6,3 milyard manat ekvivalentində olub ki, bu da əsas kapitala yönəldilmiş ümumi investisiyaların 60,9%-ni təşkil edir. Əsas kapitala yönəldilmiş xarici investisiyaların artım tempi 25,8% olub.

 

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin çox hissəsi Böyük Britaniya, Türkiyə, Rusiya, İran, ABŞ, Yaponiya, Malaziya vəİsveçrənin sərmayədarlarına məxsus olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam