Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Bakı əhalisi bu il ərzağa 4,7 mlrd. manat xərcləyib

 

Yenixeber.org: 2017-ci ilin yanvar-iyul aylarında Bakı şəhərinin pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artaraq 4 mlrd. 672,6 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,4% artaraq 5 mlrd. 632,3 mln. manata bərabər olub.

 

Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, dövriyyənin  ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 1,5% artaraq 45,3% təşkil edib.

 

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 34,8%-i ərzaq məhsullarının, 10,5%-i içkilər və tütün məmulatlarının, 16,8%-i toxuculuq məhsulları, geyim, ayaqqabıların, 7,2%-i elektrik malları və mebelin, 3,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 1,8%-i əczaçılıq və tibbi malların, 5,9%-i avtomobil yanacağının, 19,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

 

Yanvar-iyul ayları ərzində elektron qaydada pərakəndə ticarət şəbəkəsində 25,5 mln. manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,3 dəfə çox istehlak məhsulları satılıb. Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak  məhsullarının 97,4%-i hüquqi şəxslərdən, 2,6%-i isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam