Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycanda 9 milyard manatdan çox vəsaitin yönəldiyiSAHƏLƏR

Yenixeber.org:2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyard 868,5 milyon manat vəsait yönəldilib.

Trend-in məlumatına görə, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə əsas kapitala yönəldilən vəsait 0,1 faiz çoxdur.

Vəsaitin 5 milyard 969,9 milyon manatı neft sektoruna, 3 milyard 898,6 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

İstifadə olunmuş vəsaitin 78,7 faizi məhsul istehsalı obyektlərinin, 16 faizi xidmət sahələri üzrə obyektlərin, 5,3 faizi isə ümumi sahəsi 1117,2 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39,0 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 69,8 faiz, bank kreditləri 11,8 faiz, büdcə vəsaitləri 11,8 faiz, əhalinin şəxsi vəsaitləri 4,5 faiz, büdcədənkənar fondların vəsaitləri 1,4 faiz, digər vəsaitlər isə 0,7 faiz təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam