Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Manat son bir ildə daha 13% ucuzlaşıb

 

1424581898_manat

 

Bu gün Azərbaycan milli valyutası – manatın ikinci kəskin devalvasiyasından bir il ötüb.

 

Xeberinfo.com:  Dünya bazarında neft qiymətlərinin kəskin azalmasından sonra Azərbaycan manatı iki dəfə devalvasiya ilə üzləşib. İlk devalvasiya 2015-ci il fevralın 21-də, ikinci devalvasiya isə həmin ilin dekabrın 21-də baş tutub. Sonuncu kəskin devalvasiya zamanı manat dollara qarşı 47% ucuzlaşdırılıb və rəsmi məzənnə təxminən 1,05 AZN/USD-dən 1,55 AZN/USD-yə çatdırılıb.
Bundan sonra isə ötən müddət ərzində manat daha 13,4% ucuzlaşıb. Ümumilikdə, manatın sabit məzənnə dövründən, yəni 0,7850 AZN/USD səviyyəsindən etibarən milli valyuta 124% və ya 2,24 dəfə ucuzlaşıb.
İkinci devalvasiyadan sonra manat idarə olunan “üzən məzənnə” rejiminə keçib. Bu müddət ərzində rəsmi məzənnənin minimal həddi 25-26 may tarixlərində 1,49 AZN/USD səviyyəsində qeydə alınıb. Məzənnənin maksimal həddi isə bu günə olan 1,7575 AZN/USD-dir.
Aşağıdakı qrafikdə manatın dollarla müqayisədə 20 fevral 2015-ci ildən etibarən dəyişiklik trayektoriyası əksini tapıb:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam