Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Manat ucuzlaşır – Məzənnəyə müdaxilə ediləcəkmi?

manat devalvasiya azpolitika dollar aze devaluation azerbaijan

USD/AZN məzənnəsi 14 Mart – 26 May 2016-cı il tarixləri arasında ucuzlaşdıqdan sonra yenidən qalxır.

Xeberinfo.com:   Bu gün məzənnə 1.6362 manat səviyyəsindədir. Bu səviyyə USD/AZN məzənnəsi tarixində rekord deyil.

Belə ki, 11 Mart 2016-cı il tarixində USD/AZN məzənnəsi 1.6456 manat səviyyəsinədək çıxmışdı.
Bəs necə oldu ki, məzənnə 14 Mart tarixindən etibarən aşağı düşməyə başladı?
“Marja”nın məlumatına görə, Mart ayından əvvəl də bugünkü vəziyyətə bənzər durum yaranmışdı. Dövlət Neft Fondu (ARDNF) tərəfindən hərraca 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarılır və həmin vəsait 20-dən artıq bank tərəfindən tamamilə alınırdı. Yəni, tələb təklifdən çox idi. Hətta 02 Mart tarixində Neft Fondu tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 23 banka satılmışdı.
09 Martda banklara 50 milyon dollar satıldıqdan sonra, dolların məzənnəsi 1,6315 səviyyəsindən Martın 11-i üçün 1,6456 səviyyəsinə qalxdı. 11 Mart 2016-cı il tarixində keçirilmiş hərraca Dövlət Neft Fondu tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait çıxardıldı və bu vəsaitdən 68,4 milyon ABŞ dolları məbləğində vəsait 25 banka satıldı. Bundan sonra 14.03.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6411 səviyyəsində müəyyən olundu.
14 Mart tarixində isə Fond tərəfindən 150 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarıldı və bu vəsaitdən 11,9 milyon ABŞ dolları 9 banka satıldı.
16 Martda keçirilmiş hərracda isə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarıldı və bu vəsaitdən 39,1 milyon ABŞ dolları məbləğində vəsait 8 banka satıldı. Bu satışlar ilə bərabər məzənnə aşağı düşməyə başlamışdı.
Hətta 28 Martda Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarıldı, bu vəsaitdən yalnız 0,5 milyon ABŞ dolları 3 banka satıldı.

İqtisadçılar, ekspertlər, bankirlər dolların bahalaşmasının, onun ehtimal olunan 2 manata və daha yüksək səviyyələrə qalxmasının yaradacağı fəsadları yaxşı başa düşürlər. Ehtimal olunur ki, nəyin bahasına olursa-olsun, yüksək məbləğin təklif edilməsi ilə bu dəfə də məzənnəyə müdaxilə ediləcək, dolların daha da qalxmasının qarşısı alınacaqdır.
İnvestisiyalar, əmanətlərin artımı, islahatlar üçün Manatın sabitləşməsi mütləqdir. Məzənnənin davamlı artması qeyri-müəyənliyi gücləndirər. Belə vəziyyətdə insanları, investorları hər sahədə inandırmaq çox çətin ola bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam