Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Son proseslər iqtisadi vəziyyətə təsirsiz ötüşməyəcək"

 

Böyük Britaniyanın Avropa Birliyindən çıxması maliyyə bazarlarına öz təsirini göstərəcək.

 

Xeberinfo.com:   Məlumata görə, bu sözləri axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat bildirib ki, bundan sonra hər şey AB-nin gələcək işini necə quracağından asılıdır:

 

“Əksər dövlətlər dollarla yanaşı, funt sterlinqlə də işləyirlər. Hazırda ingilis funtu 20 faiz ucuzlaşıb. Yəni bir çox ölkələrdə dönərli valyuta olduğundan son proseslər bu dövlətlərə ciddi mənfi təsir göstərəcək. Bu proses Böyük Britaniya ilə iqtisadi, ticari əlaqələri olan dövlətlərdən də yan keçməyəcək. Ümumiyyətə, AB-nin dövlət siyasəti primitiv olaraq qalacaq”.

 

Millət vəkili Böyük Britaniyanın AB-də çıxmasının Azərbaycana təsirlərindən də danışıb:

 

“Dövlət ehtiyatlarının 5 faizə yaxını funt sterlinqdə saxlanılır. Bu o anlama gəlir ki, Dövlət Neft Fondu ziyana düşə bilər. İkincisi, belə bir siyasi vəziyyətin yaranması manata təzyiqləri artıracaq. O ki qaldı Böyük Britaniya ilə Azərbaycanın ortaq iqtisadi, ticari əlaqələrinə, BP uzun müddətdir ölkədə fəaliyyət göstərir və bu istiqamətdə hər hansı dəyişikliklər gözlənilmir, yəni ciddi problemlər olmamalıdır. Ancaq ümumilikdə son proseslər iqtisadi vəziyyətə təsirsiz ötüşməyəcək”.

 

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda britaniyalılar krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam