Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

''Evsizlərin arzularını ''dəfn edəcəklər''''

''Evsizlərin arzularını ''dəfn edəcəklər''''

 

"Aprel ayında Bakıda mənzillərin qiyməti əvvəlki ayla müqayisədə 4 faiz aşağı düşüb" 

Xeberinfo.com:  Məlumata görə, bu barədə tanınmış iqtisadçı Vüqar Bayramov "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, süni tələb yaratmaq üçün bu ilin əvvəlində 2016-cı ildə kəskin qiymət artımlarının olacağını söyləyənlər öz təsdiqini tapmadı.


"Öncədə proqnozlaşdırdığımız kimi qiymət azalmları gözlənilən idi. Amma yenə də mənzillərin mövcud qiyməti real qiymət deyil. Ölkə üzrə orta aylıq əmək haqqı və gəlirlik səviyyəsini nəzərə alsaq, qiymətlər indikidən xeyli aşağı olmalıdır. Orta aylıq əmək haqqı ilə nəinki Bakının mərkəzində, hətta mərkəzə yaxın ərazilərdə belə bir kvadratmetr mənzil sahəsi almaq mümkün deyil", - deyə V.Bayramov vurğulayıb.

Ekspert təəssüflənir ki, əmlak bazarındakı himayə olunan “makler-biznesmənlər” kəskin qiymət azalmalarına imkan vermilər:

"Məhz bunu nəticəsidir ki, bazara çıxarılan əmlakın əksəriyyətinin satışı maklerlər tərəfindən idarə edilir. Buna görə də, qiymət azalmalarına baxmayaraq, qiymət mənzilin mövcud alıcılıq qabiliyyətinə əsasən formalaşmalı olan real bazar dəyərindən daha yüksək təklif edilir. Bu baxımdan, düşünürəm ki, əmlak bazarında maklerlərin fəaliyyətini məhdudlaşdıran rəsmi qaydaların qəbul edilməsi və tətbiq olunmasına ehtiyac var. Əks halda, bu maklerlər süni qiymətlər ilə çox evsizlərin mənzil almaq arzularını “dəfn edəcəklər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam