Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

SOCAR-ın 6 milyard dollardan çox borcu var

139179_res_01

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi borcu 6,3 mlrd. ABŞ dolları təşkil edir.

 

Xeberinfo.com:   Bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Xəzər Avropa Klubunun üzvləri ilə bu gün keçirdiyi görüşdə bildirib.
“Bu borclar həssaslıqla idarə olunur. Bu il qaytarılan borclarımızın həcmi o qədər böyük deyil. Borclar AÇG-dən payın alınması, Bakı Gəmiqayırma Zavodunun tikintisi ilə bağlı Dövlət Neft Fondundan alınıb. Beynəlxaq Banka olan borc da var, onun da bir hissəsi şirkətin öz gəliri hesabına, digər hissəsi isə dövlət vəsaiti, 10 il müddətə qaytarılan borcdur”, – deyə vitse-prezident əlavə edib.
S.Qasımovun sözlərinə görə, SOCAR ötən il Türkiyədəki layihələr üçün Türkiyə şirkətlərinə olan 1 mlrd. dollardan çox borc qaytarıb. Şirkət rəsmisi xatırladıb ki, bu ilin əvvəlinə isə bondlarla bağlı 400 mln. dollar həcmində borc qaytarılıb: “Borclar daim idarə olunur və şirkətə heç bir problem yaratmır”.(“Report”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam