Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Dolların alış-satış məzənnəsi sabitləşib

1aff27b2-5f1a-45e9-b431-5ce20302acc9_292

 

Bu gün 28 May küçəsində yerləşən valyutadəyişmə məntəqələri üzrə aparılan monitorinq nəticəsində nağd ABŞ dollarının alış və satışının stabilləşdiyi qeydə alınıb.

Xeberinfo.com:   Əksər “exchange”lərdə 1 ABŞ dollarının alışı 1,63 AZN, satışı isə 1,65 AZN olub. Qeyd edək ki, günün ilk yarısında valyutadəyişmə məntəqələrində dolların satış məzənnəsi 1,66-1,67 AZN təşkil edib.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məzənnəsi 1,5610 AZN/USD səviyyəsində açıqlansa da, bu gün keçirilən valyuta hərracında tələbin zəifləməsi nəticəsində valyuta bazarında nisbi bolluq müşahidə olunur. Valyutadəyişmə məntəqələrinin əməkdaşları valyutaya olan tələbatın azalması fonunda AZN/USD məzənnəsinin tədricən AMB-nin rəsmi məzənnəsinə yaxınlaşacağını istisna etmirlər.
Məlumat üçün bildirək ki, AMB bu gün kommersiya banklarına 50 mln. dollara yaxın valyuta satıb.
Qeyd edək ki, valyuta hərracları vasitəsilə mütəşəkkil bazarda kommersiya banklarına dollar kütləsi satan AMB satışı “ən yaxşı təklif” prinsipi ilə həyata keçirir. Dekabrın son günlərində gündəlik 100 mln. dollara yaxın valyuta satan AMB-nin mütəşəkkil valyuta bazarına intervensiyasının bu gün zəiflədiyi diqqətə çarpıb. Bayram günlərində məzənnə riskinə getmək istəməyən insanların Yeni il bayramına qədər manat vəsaitlərini dollara çevirdikləri bildirilir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam