Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dollar hansı həddə qədər ucuzlaşacaq? — Proqnoz

Azərbaycanda dollar hansı həddə qədər ucuzlaşacaq? — Proqnoz

 

 

 
Azərbaycanda ABŞ dollarının sabah, aprelin 1-i üçün rəsmi məzənnəsinin 1,52 AZN/USD səviyyəsinə qədər enəcəyi proqnozlaşdırılır.
Xeberinfo.com: Analitiklərin müşahidələrinə əsasən, son günlər Azərbaycan Mərkəzi Bankının (AMB) axşam saatlarında sabahkı gün üçün ictimaiyyətə açıqladığı dolların məzənnəsi adətən cari günün səhər saatlarında kommersiya banklarının satış məzənnəsinə yaxın olur. 
"Qeyd edək ki, burada daha aktiv valyuta ticarəti aparan kommersiya bankları, əsasən "Zaminbank" ASC-nin satış göstəricisi nəzərdə tutulur. Hazırda bu bankda dolların satışı 1,5220 AZN/USD-yə bərabərdir. Böyük ehtimalla sabah, aprelin 1-nə rəsmi məzənnə də bu rəqəmə yaxın olacaq", – deyə analitiklər qeyd edir.
Fins.az  xəbər verir ki, ekspertlər gələn həftənin ilk günü, aprelin 4-də rəsmi məzənnənin 1,50 AZN/USD səviyyəsində olacağını, kommersiya banklarının valyutadəyişmə şöbələrində isə dolların 1,49 AZN/USD ətrafında alınıb-satılacağını ehtimal edir. 
"Dolların zəifləməsi prosesi önümüzdəki həftə də davam edərək 1,45 AZN/USD-yə qədər düşəcəyi istisna edilmir. AMB-nin məzənnənin 1,40 AZN/USD səviyyəsinə düşəcəyi təqdirdə müntəzəm keçirdiyi hərracların sayını 3-dən 2-yə və ya hətta 1-ə salması mümkündür. Dollarda daha sərt enmə olarsa, AMB-nin manat intervensiyasına başlaması mümkündür", – deyə analitiklər vurğulayıblar. 
Yay aylarında Azərbaycana gələn turistlərin sayının artması və "Formula-1" yarışının izləyicilərinin ölkəyə gəlməsi nağd dolların bazardakı təklifini yüksəldəcək, bu isə öz növbəsində manatın möhkəmlənməsinə əlavə stimul verəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam