Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kommersiya bankları dolların alışını kəskin artırıb

 

Azərbaycanın banklararası valyuta bazarında kommersiya banklarının ABŞ dollarına cari tələbatı kəskin artıb. Bunun nəticəsində Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına gündəlik dollar satışı sürətlə artır.

"Xeberinfo.com":  Məlumata görə, ötən iki iş günü ərzində banklar cari tələbata uyğun olaraq AMB-dən 370 mln. dollar həcmində Amerika valyutası alıb. Bunun 47%-i və ya 176 mln. dolları avqustun 20-də, qalan 53%-i və yaxud 194 mln. dolları isə avqustun 21-də satılıb.

Müşahidəçilər hesab edirlər ki, dollara olan tələbatın bu şəkildə artması təsərrüfat subyektləri və s. müştərilərin müvəkkil kommersiya bankları, həmçinin fiziki şəxslərin mübadilə məntəqələri vasitəsilə milli valyutanın ABŞ dollarına konvertasiya etmək istəyi ilə bağlıdır. Bəzi hallarda nağd valyuta bazarında artmış tələbatı nəzərə alaraq mübadilə məntəqələri əsassız olaraq dolların satış məzənnəsini icazə verilən normadan daha çox artırmağa çalışır.

Qeyd edək ki, avqustun 21-də ABŞ dollarının rəsmi məzənnəsi AMB tərəfindən 1,0479 AZN/USD, avronun məzənnəsi isə 1,1814 AZN/EUR səviyyəsində müəyyənləşdirilib. Qanunvericilikdə nəzərdə tutulan marja (+/-2%) nəzərə alınarsa, mübadilə məntəqələri dolları və avronu maksimum 1,0689 AZN və 1,2050 AZN-ə sata bilər.

Qeyri-rəsmi məlumatlara görə isə AMB ötən gün dolların maksimal satış məzənnəsini 1,0550 AZN/USD səviyyəsində məhdudlaşdırıb.

Bütün bu amilləri nəzərə alaraq bu gün, avqustun 22-də əksər mübadilə məntəqələri artıq səhər saatlarında nağd dolların satışını dayandırıb. Müşahidəçilər bunu kommersiya banklarının AMB-nin bazar ertəsi, avqustun 24-ü üçün müəyyənləşdirəcəyi rəsmi məzənnələri gözləməsi ilə əlaqələndirirlər.

 

"Report"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam