Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dolların kursu 1,80 AZN-i keçdi

882efdc8aba6d1af2c1ee329fc56ad9e_XL

 

Bakıdakı valyutadəyişmə məntəqələri dolların satış qiymətini artırıblar

 

Xeberinfo.com:  Məlumata görə , əksər “exchange”lərdə 1 ABŞ dollarının alışı 1,72 manat, satışı isə 1,80 manata aparılır. Hətta bir sıra mübadilə şöbələri Dolları 1.83 manatdan satır.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi məzənnəsi dünənki səviyyədə – 1,5626 AZN/USD qalsa da, bu gün keçirilən valyuta hərracında tələbin yalnız 20% qarşılanması nəticəsində valyuta bazarında yenidən ajiotaj yaranıb. Məlumata görə, Azərbaycan Mərkəzi Bankı bu gün, yanvarın 7-də mütəşəkkil banklararası bazarda keçirdiyi valyuta hərracında 50 mln. ABŞ dolları satıb. Bununla da bankların cari tələbinin təxminən 20%-nin qarşılandığı bildirilir.
Həmçinin bu gün, neftin sərt düşməsi xəbərindən sonra dollar alanların sayının xeyli artdığı bildirilir.
Valyuta hərracları vasitəsilə mütəşəkkil bazarda kommersiya banklarına dollar kütləsi satan AMB satışı “ən yaxşı təklif” prinsipi ilə həyata keçirir. Dekabrın son günlərində gündəlik 100 mln. dollara yaxın valyuta satan AMB-nin mütəşəkkil valyuta bazarına intervensiyasının bu gün zəiflədiyi diqqətə çarpıb.
Dünən Mərkəzi Bank banklara dollar satmamışdı.
AzPolitika.info-nun məlumatına görə, Bakı vaxtı ilə 17:50-də Nyu-Yorkun NYMEX birjasında WTI neftinin qiyməti 1 barelə görə 1,31 dollar azalaraq 32,66 dollar təşkil edib.
ICE birjasında Brent markalı neftin qiyməti 1,25 dollar azalaraq 32,98 dollar olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam