Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Qafqaznet“ kondisioner də satırmış -Nazirə məxsus olduğu deyilən şirkətlə daha bir müqavilə

bitmap-img6

"Azinşaatlayihə" Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu "Qafqaznet" şirkəti ilə satınalma müqaviləsi bağlayıb. 
Yenixeber.org: Məlumata görə, müqavilədə kondisioner alışı nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 612,5 manatdır. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.
"Qafqaznet" şirkəti 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə, "Çinar Park" Biznes Mərkəzi, 4-cü mərtəbədə yerləşir. Şirkətin qanuni təmsilçisi Namazov Əmrah Şofir oğludur. 
Mediada gedən məlumatlara görə, "Qafqaznet" şirkəti fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. Nazirin biznesi haqqında mediada dərc edilən araşdırma yazılarında da "Qafqaznet" MMC-nin adına rast gəlinir. Digər tərəfdən, şirkət bir qayda olaraq Fövqəladə Hallar Nazirliyi və ona tabeli qurumların keçirdiyi satınalma müsabiqələrinin qalibi olur. Bu fakt şirkətin Kəmaləddin Heydərova məxsus olmasına dair şübnhələri artırır. 
Bu arada qeyd edək ki, "Azərinşaatlayihə" Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu da FHN-nin nəzdində fəaliyyət göstərir.
Maraqlı məqamlardan biri də "Qafqaznet"in fəaliyyət sahəsi ilə bağlıdır. Şirkət informasiya-kommunikasiya texnologiyaları sektorunda fəaliyyət göstərir. "Qafqaznet"in qalib gəldiyi tenderlər də adətən bu sahə ilə əlaqədar olur. Amma indi məluma olur ki, şirkət kondisiner də satırmış.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam