Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

 "Dollar 1.60-1.70 manata kimi qalxa bilər”

"Son hadisələr neftin qiyməti ilə bağlı heç də müsbət proqnozlar verməyə əsas vermir"

Xeberinfo.com:   Məlumata görə, bunu iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, hələlik orta və yaxın müddətli dövrdə manatın məzənnəsində sadəcə ucuzlaşma baş verəcək: "Mərkəzi Bankın üzən məzənnə siyasətinə keçməsi o deməkdir ki, növbəti dövrlərdə manatın məzənnəsinin müəyyənləşdirilməsi bazarlarda tələbat əsasında formalaşacaq. Düşünmürəm ki, bazarlarda manat həddən artıq çoxdur. Təbii ki, ilkin panika vəziyyətində mümkündür ki, müəyyən qədər, yəni kəskin rəqəmlərlə ifadə olunan devalvasiya müşahidə olunsun”.

Ekspert hesab edir ki, sonrakı dövrlərdə manatın məzənnəsində nisbətən möhkəmlənmə baş verəcək:"Çünki bazarlarda manatın həcmi kifayət qədər azdır. Böyük ehtimalla məzənnə sonradan 1.35-1.40 aralarda sabitləşəcək. Sonrakı uzun müddətli dövrlərdə isə neftin qiymətindən asılı olaraq, manatın məzənnəsində möhkəmlənmə və ucuzlaşma prosesi də baş verə bilər.

Nəzərə alsaq ki, son hadisələr neftin qiyməti ilə bağlı heç də müsbət proqnozlar verməyə əsas vermir, o zaman deyə bilərik ki, yaxın və orta dövrlərdə manat ancaq ucuzlaşacaq. Dollar hətta 1.60-1.70 manata kimi qalxa bilər”.

Qeyd edək ki, bu gün Azərbaycanda ikinci devalvasiya həyata keçirilib. Bugünkü məzənnəyə əsasən, 1 dollar 1,5500 manat təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam