Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Nazirliyin tədbirini yarımçıq icra edən şirkət “ASAN Xidmət”ə 1,1 milyonluq tədbir keçirəcək


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yenixeber.org: Tədbirlərin təşkili xidmətləri ilə bağlı müsabiqənin qalibi “Admedia.az” MMC (VÖEN - 2002644161) olub.
Qeyd edək ki, “İnnovasiyalar Mərkəzi” MMC tenderin qalibi olan şirkətə 1 milyon 119 min 300 manat 80 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Admedia.az” MMC 21 may 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 2G ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Məmmədov Emin Əjdər oğlu, icraçı direktoru isə Sabit Məmmədovdur.
Onu da qeyd edək ki, ötən il Mədəniyyət Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi olan “Admedia.az” MMC Bakıda Beynəlxalq Kitab Sərgisini təşkil edib və bu zaman həyata keçirilməsi nəzərdə tutulan xidmətlərdən bəziləri icra olunmayıb.
Daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
Kitab sərgisi üçün nazirlikdən 642 min manat alan şirkət bəzi xidmətləri yerinə yetirməyib?
(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam