Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Qazaxıstan, Çin və Belarus Çin -Avropa marşrutu ilə daşınacaq yüklərin emalı üçün terminal yaradacaq

 

Qazaxıstan, Çin və Belarus birgə logistika xidmətlərini inkişaf etdirmək barədə razılığa gəliblər.

Yenixeber.org: Bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyinin məlumat yayıb.

Məlumata görə, bu məqsədlə “Qazaxıstanın “KTZ Express”, Çinin “Xi’an Free Trade Port Construction and Operation Co. Ltd” və Belarusun “Unionway” şirkətləri arasında birgə logistika xidmətlərinin inkişafı üzrə Niyyət Memorandumu imzalanıb. Razılıq bu gün Şanxayda “Transport logistic China 2024” sərgisi çərçivəsində əldə olunub.

Xüsusilə, tərəflər Çin-Avropa marşrutu ilə və əks istiqamətdə daşınacaq yüklərin emalı və paylanılması üçün Belarusun “Svisloch” stansiyasında logistika terminalı yaratmaq barədə razılaşıblar.

“Bu addım nəqliyyat infrastrukturunun inkişafında və Qazaxıstanın tranzit potensialının artırılması üçün yeni imkanların yaradılmasında mühüm mərhələdir”, - Qazaxıstanın Nəqliyyat Nazirliyinin məlumatında vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam