Valyuta ehtiyatları 20% azalıb – Cədvəl
Bu ilin 3-cü rübünün yekunlarına görə, Dövlət Neft Fondunun valyuta ehtiyatları 34 milyard 738,1 milyon ABŞ dollar, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları isə 7 milyard 44,2 milyon dollar təşkil edib.
"Xeberinfo.com": Məlumata görə, Azərbaycanın valyuta ehtiyatları 41 milyard 782,3 milyon dollar olub. Fins.az-ın məlumatına görə, bu, 2-ci rübün yekunları ilə müqayisədə 5,7% azdır. Ölkənin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 17,9%, son 1 ildə isə 20,2% azalıb.
| Tarif | Valyuta ehtiyatları (milyon ABŞ dollar ilə) | Cəmi | |
| Dövlət Neft Fondu | Azərbaycan Mərkəzi Bankı | ||
| 30.09.2015 | 34 738,1 | 7 044,2 | 41 782,3 |
| 30.06.2015 | 35 783,3 | 8 520,2 | 44 303,5 |
| 31.03.2015 | 34 930,5 | 9 472,1 | 44 402,6 |
| 31.12.2014 | 37 104,1 | 13 758,3 | 50 862,4 |
| 30.09.2014 | 37 305,3 | 15 042,4 | 52 347,7 |









AZ
RU
