Bu MMC-yə 1 milyon kredit ayrıldı -Nazir açıqladı
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan "Artpak" MMC-nin qablaşdırma və etiket istehsalının inkişafı layihəsi üçün 1 milyon manat məbləğində güzəştli kredit ayrılıb.
Yenixeber.org xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında bildirib.
"Layihə üzrə illik 1 500 tondan çox məhsulun istehsalı nəzərdə tutulub", - nazir qeyd edib.