Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ödəniş və elektron pul təşkilatları üçün kapital tələbi MÜƏYYƏNLƏŞDİ

 

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nı təsdiq edib.

Yenixeber.org xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və məxarici əməliyyatlarının aparılması (1), kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və yaxud digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası (2), ödəniş alətlərinin emissiyası və ödəniş əməliyyatının ekvayrinqi (3) xidmətlərini birlikdə və yaxud onlardan hər hansı birini ayrılıqda göstərən ödəniş təşkilatının nizamnamə kapitalına tələb 500 min manat, pul köçürməsi və ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti göstərən ödəniş təşkilatının nizamnamə kapitalına tələb 100 min manat, elektron pul təşkilatının nizamnamə kapitalına tələb isə 750 min manat müəyyən olunub.

Hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatı üçün isə kapital tələbi qoyulmayıb. Bu təşkilat hər 100 minə qədər ödəniş xidməti istifadəçisinə görə özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan sığortaçıda 50 min manatdan az olmayan məbləğdə mülki məsuliyyətini sığortalamalı və yaxud özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan kredit təşkilatından və yaxud sığortaçıdan 50 min manatdan az olmayan məbləğdə zəmanət almalıdır. Mülki məsuliyyət sığortasının və yaxud zəmanətin məbləği hər 6 ayın orta istifadəçi sayına əsasən ildə iki dəfə, iyun və dekabr aylarının son iş gününə yenidən hesablanır və tələb olunduqda 10 iş günü ərzində yenilənir. Təşkilat mülki məsuliyyət sığortasının və yaxud aldığı zəmanətin minimal məbləğinin hesablanması haqqında hesabatı bu Qaydaya uyğun olaraq hər il iyul və yanvar aylarının ilk 5 iş günündən gec olmayaraq AMB-yə təqdim edir.

Həmçinin ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi halları istisna olmaqla, təşkilat minimum məcmu kapitala malik olmalıdır. Təşkilatın məcmu kapitalının əsas məqsədi təşkilatın biznes strategiyasının dəstəklənməsi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı təşkilatın maliyyə dayanıqlığının təmin edilməsidir.

Təşkilatın məcmu kapitalının minimum miqdarı nizamnamə kapitalının bu Qayda ilə müəyyənləşdirilmiş minimum miqdarından və aşağıdakı qaydada hesablanan məbləğdən az olmamalıdır. Ödəniş təşkilatının son 12 ay ərzində icra olunmuş ödəniş əməliyyatlarının 1/12 hissəsinə bərabər olan orta aylıq ödəniş həcmi (ÖH) hesablanır və ÖH-yə aşağıdakı cədvələ uyğun əmsallar tətbiq edilir:

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam