Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əmək müqaviləsi olmadan çalışanlarla bağlı statistika...

"2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 875 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkarlanıb".
Yenixeber.org:  Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Nigar Vahabzadə deyib. O bildirib ki, 2022-ci ildə 4214, 2021-ci ildə isə 6229 nəfər əmək müqaviləsi olmadan işləyib.
N.Vahabzadə bildirib ki, işçilərin əmək müqaviləsiz çalışdırılmaları əsasən xidmət və tikinti sahələrində olub:
"Qanunvericiliyə əsasən əmək müqaviləsi olmadan şəxsləri çalışdıran sahibkar I dəfə 2000 manat, II dəfə 4000 manat, III dəfə isə 6000 manat dəyərində cərimələnir. Əmək müqaviləsiz 10 nəfərdən çox işçi çalışdırılanda cinayət işi açılır".
N.Vahabzadə qeyd edib ki, hazırda ölkədə aktiv müqavilələrin sayı dövlət sahəsində 859884 nəfər, qeyri-dövlət sahəsində 853442 nəfərdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam