Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Avropanın Azərbaycana ehtiyacı var - Rəqəmlər bunu deyir...

 

Ukrayna ilə Rusiya arasında gedən müharibə Avropanın qaz təchizatında ciddi problemlərə səbəb olub. Müharibədən əvvəl Avropanın əsas qaz tədarükçülərindən biri hesab edilən Rusiyanın mavi yanacağının Avropa İttifaqına satışında xeyli azalma müşahidə edilir. 

Yenixeber.org: Rəsmi məlumata görə, ötən il Rusiya Avropaya 61 milyard kub metr qaz tədarük edib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə "Qazprom"un Avropa İttifaqına tədarükü 146 milyard kub metr təşkil edib. Ekspertlərin fikrincə, "Qazprom"un Avropaya ixracı bundan sonrakı ildə 20-30 milyard kub metrədək aşağı düşə bilər.  Tədarük edilən qazın həcminin azalması Rusiyanın ixrac gəlirlərinin, dövlət büdcəsinə daxilolmaların azalmasına gətirib çıxarır. 

 

Belə ki, 2023-cü ilin birinci rübünün sonunda Rusiyanın federal büdcə kəsiri 4 trilyon rubl təşkil edib. Bu zaman 2023-cü il üçün büdcə kəsirinin 2, 9 trilyon rubl olacağı nəzərdə tutulub. "Köhnə qitə"nin qaz bazarında Rusiyanın mövqeyinin zəifləməsi fonunda Avropa ölkələri alternativ mənbələr axtarmağa başlayıb.  

Belə olan halda bütün diqqətlər Avropa İttifaqının strateji tərəfdaşı hesab edilən Azərbaycana yönəlib və Bakının qaz bazarındakı rolu önə çıxıb. Təsadüfi deyil ki, artıq Azərbaycan Avropanın qaz təminatçılarından birinə çevrilib. Ötən həftələrdə Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada Avropaya əlavə qazın tədarükü üçün ötürücü sistem operatoru ilə razılaşma memorandumu imzalayıb.  

“Həmrəylik halqası” adlandırılan əlavə qaz tədarükü Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Prezident İlham Əliyev çıxışında bildirib ki, bununla bərabər Azərbaycan yaxın zamanda Avropanın 10 ölkəsinə qaz tədarük etmiş olacaq. 

"Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya, bu ildən isə həm də Rumıniyaya ixrac edilir. Bu ilin sonuna bütün zəruri birləşdirici boru kəmərlərinin mövcud olacağı şərtilə biz Macarıstana və Slovakiyaya qaz tədarükünü başlamağı planlaşdırırıq.  

Biz Albaniya ilə yerli qazpaylayıcı sisteminin inşası barədə danışıqlar aparırıq, çünki Cənub Qaz Dəhlizi Albaniyanın ərazisindən keçir. Biz həmçinin "həmrəylik zəncirinin" üzvü kimi Slovakiya ilə də danışıqlar aparırıq. Əminəm ki, Slovakiya da həmçinin tezliklə bizim energetika sahəsində tərəfdaşımız olacaq. Biz öz qaz tədarükümüzün coğrafiyasını ən azı 6 ölkədən 10 ölkəyədək genişləndirəcəyik. Bizim Avropanın qaz bazarında iştirakımız daha da çox olacaq", - deyə dövlət başçısı vurğulayıb.

 

Məlumat üçün bildirək ki, təşəbbüsün ümumi investisiya dəyəri 730 milyon avro (804 milyon dollar) olacaq.  

Rəsmi statistikaya görə, Azərbaycanın qaza daxili ehtiyacı təxminən 13 milyard kubmetr təşkil edir. Keçən il Azərbaycan 35 milyard kubmetr qaz hasil edib, onun təxminən 13 milyard kubmetri daxili bazara yönəldilib, qalan 22 milyard kubmetri isə ixrac olunub.  

Bununla da Prezident İlham Əliyevin "gələcək üçün yol xəritəsi" adlandırdığı Avropa İttifaqı ilə keçən il imzalanmış enerji memorandumuna əsasən, Azərbaycandan Avropaya qaz nəqlinin həcmi yaxın illərdə 20 milyard kubmetrə çatdırılmalıdır. 

 

Məlumat üçün bildirək ki, təşəbbüsün ümumi investisiya dəyəri 730 milyon avro (804 milyon dollar) olacaq.  

Rəsmi statistikaya görə, Azərbaycanın qaza daxili ehtiyacı təxminən 13 milyard kubmetr təşkil edir. Keçən il Azərbaycan 35 milyard kubmetr qaz hasil edib, onun təxminən 13 milyard kubmetri daxili bazara yönəldilib, qalan 22 milyard kubmetri isə ixrac olunub.  

Bununla da Prezident İlham Əliyevin "gələcək üçün yol xəritəsi" adlandırdığı Avropa İttifaqı ilə keçən il imzalanmış enerji memorandumuna əsasən, Azərbaycandan Avropaya qaz nəqlinin həcmi yaxın illərdə 20 milyard kubmetrə çatdırılmalıdır. (modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam