Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Davosda Ümumdünya İqtisadi Forumu çinli və rusiyalı milyarderlərsiz keçiriləcək

 

Rusiyalı milyarder oliqarxlar və çinli iş adamları bu il yanvarın 16-dan 20-dək Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcəklər.

“Yenixeber.org” Bloomberg -ə istinadən xəbər verir ki, Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə səbəbindən ruslar qlobal biznes elitasının yığıncaqlarında arzuolunmaz qonaqlardır.

Çindən iş adamlarının gəlməsi gözlənilmir, çünki ölkədə COVID-19-a yoluxma hallarında kəskin artım və birja böhranı yaşanır, bunun nəticəsində zəngin çinlilər təkcə keçən il 224 milyard dollardan çox vəsait itiriblər.

Eyni zamanda, artan neft qiymətləri sayəsində gəlirlərini yenidən artıran Körfəzdən daha çox milyarder gözlənilir.

Ənənəvi olaraq, ən çox dünyanın ən böyük korporasiyalarının rəhbərləri də daxil olmaqla, 33 milyarderin Davosa gələcəyi ABŞ nümayəndəliyi olacaq. Dəvət olunan amerikalılar arasında, xüsusən də JPMorgan Chase & Co şirkətinin baş icraçı direktorun Jeym Daymon, Larry Fink BlackRock Inc. və Blackstone Inc-dən Stiv Schwartzman olacaq.

Hindistandan isə Davosda keçiriləcək forumda 13 milyarder iştirak etməyi planlaşdırır.

2021-ci ildə forumun əsas mövzusu pandemiya, 2022-ci ildə isə Ukrayna olub. Daha sonra forum prezident Vladimir Zelenskinin çıxışı ilə açıldı və Ukrayna Davosda iqtisadiyyatın bərpası planını təqdim etdi.

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam