Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

SOCAR Rusiya neftinin alışını kəskin azaltdı –Türkiyə isə boğazları bağlayıb

Yenixeber.org:  Rusiyanın tankelərlə daşınan neftinə Avropa İttifaqının qoyduğu embarqo dekabrın 5-dən qüvvəyə minib. Bu embarqo habelə G7 qrupunun qoyduğu qiymət həddindən baha olan Rusiya neftinin tankerlərlə daşınmasını qadağan edir.

SOCAR şirkətinin günə 210 min barrel neft qəbul edən STAR zavodu da daxil, Türkiyənin neft emalı zavodları Moskvanın Ukraynaya müdaxiləsindən bəri Rusiya neftinin alınması həcmlərini artırmışdılar.

Rusiya üçün də neftin bu qaydada satılması Asiya bazarlarına satılmasından daha sərfəli idi. Türkiyə Rusiya neftinə ən yüksək qiymət həddi qoyulmasına qoşulmayıb və Rusiya şirkətləri bu məhdudiyyətə baxmayaraq Türkiyə vasitəsilə istədiyi qədər neft ixrac edə bilərdi.

Rusiya neftinin Türkiyəyə axını kəskin azalıb

“Refinitiv Eikon” monitorinq firmasının məlumatına görə buna baxmayaaraq Rusiya neftinin Türkiyəyə axın həcmləri keçən ay ötən fevraldan bəri ən aşağı həddinə düşüb. SOCAR-dakı mənbə “Reuters” agentliyinə deyib ki, şirkət Qərb sanksiyalarını pozmamaq üçün yaranmış situasiyanı qiymətləndirir.

SOCAR-ın STAR zavoduna neft verilməsini onun Cenevrədə mənzillənmiş ticarət qolu idarə edir. Rusiyadan Türkiyəyə verilən “Urals” markalı neftin həcmi noyabrda günə 170 min barrelə enib.

Halbuki bundan əvvəl avqustdan-oktyabradək bu rəqəm hər ay günə 300 min barrel idi. STAR neft emalı zavodu noyabrda yalnız günə 73 min barrel Rusiya nefti qəbul edib. Ötən üç ay ərzində bu rəqəm günə 170 min barrel idi.

Qara dənizdə İstanbuldakı Bosfor boğazından Aralıq dənizinə keçmək üçün gözləyən neft tankerlərinin sayı dekabrın 9-da 28-yə çatıb. “Röyter” agentliyi yazır ki, Türkiyə hakimiyyət orqanları tankerləri onların sığorta sənədlərinin yoxlanması üçün saxlayıb.

“Tribeca” gəmiçilik agentliyi bildirir ki, hazırda Türkiyə hökuməti ilə sığorta böhranının çözülməsi üçün danışıqlar aparılır. Tanker növbəsinin uzanması ilə bağlı xaricdən göstərilən təzyiqlərə məhəl qoymayan Ankara bildirib ki, sığorta sənədləri qaydasında olmayan tankerlərin Bosfor boğazına yolunu bloklamaqda davam edəcək.

Bu da xəbər verilir ki, Rusiya neftinə Avropa İttifaqının embarqosunun qüvvəyə mindiyi bir vaxtda Türkiyənin Bosfor və Dardanel boğazlarını tankerlərə bağlaması artıq neft və tanker bazarlarında narahatlıq yaradıb. Türkiyə isə bildirir ki, beynəlxalq sığortası olmayan və sanksiyaları pozan tankerin qəzaya uğraması təqdirində neft axıntısı və ya ətraf mühitə dəyən başqa ziyanın aradan qaldırılmasını heç bir beynəlxalq fond üzərinə götürməyə bilər.

Bu da bildirilir ki, boğazdan keçmək istəyən tankerlərin əksəriyyəti Avropa İttifaqı (Aİ) şirkətlərinə aiddir və nefti Aİ limanlarına daşımalıdır. G7 qrupu, Aİ ölkələri və Avstraliya gəmiçilik və sığorta şirkətlərinin Rusiya neftini ona qoyulmuş qiymət həddindən baha satılmasına imkan yaratmalarını qadağan edib.

Üstəlik də Türkiyə tankerlərin boğazlardan keçməsi üçün ayrıca sığortaya malik olmalarını tələb edir.

Dekabrın 8-də Türkiyə sularında boğazlardan keçmək üçün icazə gözləyən səkkiz tankerə dekabrın 9-da 20-si də əlavə olunub.

Beləliklə hazırda tanker tıxacında 28 gəmi var. “Röyter” bildirir ki, Türkiyə sularında ilişib qalan tankerlərin çoxu Qazaxıstan nefti ilə yüklüdür və ABŞ maliyyə naziri Canet Yellen bu tankerlərin əlavə yoxlama prosedurlarından keçməsinə ehtiyac olmadığını bildirib.

Bununla yanaşı nazir deyib ki, Vaşinqtonun Türkiyənin dəniz tranzitini bloklamasında Rusiyanın təsiri olmasını düşünmək üçün əsası yoxdur.

Türkiyə isə bildirir ki, onun üzərinə normal yoxlama prosedurlarının həyata keçirilməsində göstərilən təzyiqlər yolverilməzdir. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam