Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Müharibədən sonra Rusiyanın gəlirləri 2 dəfə artıb –“Sanksiyalarda "qara dəlik" bağlanmasa...”

Rusiyanın Ukraynaya təcavüzünə görə qoyulan sanksiyaların satışı azaltmasına baxmayaraq, Moskva Avropanın enerji asılılığından qazanmaqdadır.

Yenixeber.org: "Azadlıq" radiosu xəbər verir ki, Finlandiyada yerləşən Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) aprelin 28-də yaydığı tədqiqatda belə deyilir.

Araşdırmaya görə, Ukraynaya qarşı iki aydır davam edən müharibə zamanı Rusiya Avropa İttifaqına (Aİ) yanacaq satışından gəlirlərini iki dəfəyədək artırıb.

Sanksiyaların Rusiyanın satışında səbəb olduğu itkini qiymətlərin artması kompensasiya edib.

Tədqiqatçılar deyirlər ki, yeni sanksiyalar qiymətlərin daha da qalxacağını vəd edir.

"Müharibə başlayandan Rusiya Aİ-yə 46 milyard dollarlıq enerji resursu satıb və bu rəqəm artmaqdadır. Bu, 2021-ci ilin eyni dövrüylə müqayisədə satışın dəyərində iki dəfəyədək artım deməkdir", - hesabatda belə deyilir. Satış həcmində azalmaya baxmayaraq, neftin bahalaşması fevralın 24-də Ukraynanın işğalı başlayandan Moskvaya gəmilər və kəmərlərlə ixrac olunan enerjidən 63 milyard avroluq (66 milyard dollar) gəlir gətirib.

Aİ-nin Rusiyadan idxal etdiyi neft 20, kömür isə 40 faiz azalıb. Ancaq qaz idxalı artıb və Almaniya əsas alıcı olaraq qalır. Müharibənin iki ayı ərzində Almaniya 9 milyard avroluq enerji məhsulu idxal edib.

CREA-nın aparıcı təhlilçisi Lauri Millivirta deyib ki, davam edən enerji ixracı sanksiyalarda böyük dəlik yaradır və Rusiyadan enerji alan ölkələrin hamısı Rusiya ordusunun törətdiyi nəhəng beynəlxalq qanun pozuntularına əlbir olur. Onun fikrincə, müharibəni dayandırmağın yeganə yolu Rusiyanın enerji daşıyıcılarından çevik və tam imtina olacaq.

Avropa Parlamentinin martda qəbul etdiyi qətnamədə Rusiya enerjisinə embarqoya çağırış edilirdi. Ancaq indiyədək Avropa İttifaqı yalnız bir embarqonu müzakirə edib, avqustdan Rusiyadan kömür idxalına qadağa qoyub.

Rusiyanın "Qazprom" enerji nəhəngi ötən il təmiz gəlirinin artdığını açıqlayıb, bunu enerji qiymətlərinin yüksəlməsi ilə izah edib. Şirkət 2021-ci ildə 2.09 trilyon rubl (29 milyard dollar) təmiz gəlir əldə etdiyini bildirib. Bir il öncə bu rəqəm 135 milyard rubl idi. 2020-ci ildə qlobal pandemiya və enerji qiymətlərinin düşməsi gəlirləri azaltmışdı.

İqtisadiyyatlar COVID-19 lokdaunlarından çıxandan sonra dünyada enerji bahalaşmağa başlayıb. Rusiyanın Ukraynaya hərbi təcavüzü isə qiymətləri daha da yüksəldib.

"Qazprom" bu il qaz istehsalında 4 faiz azalma proqnozlaşdırır. Bu, Qərbin sanksiyalarının təsiri ilə izah olunur. Şirkət aprelin 27-də Aİ üzvləri Polşa və Bolqarıstana qaz tədarükünü dayandırdığını açıqlayıb. Rusiya Prezidenti Vladimir Putin qaz üçün rublla ödəniş tələb etsə də, həmin ölkələrin buna əməl etmədiyi bildirilir. Putin Qərbin iqtisadi sanksiyalarına cavab olaraq belə bir tələb irəli sürüb."Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam