Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Azərbaycanda dövlət şirkətlərinin sayı niyə artır?

Azərbaycanda dövlət şirkətlərinin sayı niyə artır?

Azərbaycanda son vaxtlar dövlətə məxsus idarə, müəssisə və təşkilatların təşkilati-hüquqi formasını dəyişərərək kommersiya qurumuna çevrilməsi, başqa sözlə, dövlət şirkətlərinin sayının artması müşahidə olunur.

Yenixeber.org: Məsələn, bu günlərdə Prezidentin İşlər İdarəsinə məxsus "Azərbaycan" Nəşriyyatı təxminən 4 milyon manat nizamnamə kapitalı ilə eyni adlı MMC-yə çevrilib.

Fevralın 14-də isə Hökumət Evinin idarə edilməsi ilə məşğul olan İnzibati binaların istismarı idarəsi şirkətə çevriləcəyini elan edib.

Bəs bu tendensiya nədən xəbər verir? Azərbaycanda dövlət şirkətlərinin sayı niyə artır? Bunun hansı müsbət və mənfi cəhətləri var? "Report" bu suallara cavab tapmaq üçün iqtisadçı-ekspert Rəşad Həsənovla həmsöhbət olub.

"Hökumət yükünü azaltmağa çalışır"

Ekspert deyir ki, hökumət müxtəlif dövlət qurumlarını kommersiya qurumlarına çevirməklə yükünü (xərclərini) azaltmağa çalışır: "Dövlət qurumlarına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı yaradılır ki, onlar xərclərini özləri ödəsinlər və dövlət büdcəsindən asılı olmasınlar. Dövlətə məxsus xeyli sayda xidmət var və onların göstərilməsi üçün bəzən vətəndaşlardan qeyri-rəsmi ödənişlər tələb olunur, toplanılan pullar isə kiminsə cibinə gedir. MMC olduqda isə həmin ödənişlər rəsmiləşir və qurumun xərclərinin ödənilməsinə yönəldilir. Bu baxımdan dövlət idarələrinin kommersiya təşkilatlarına çevrilməsi müsbət qiymətləndirilə bilər".

"Sahibkarlıqda dövlətin payı artır"

Bununla belə, R.Həsənovun sözlərinə görə, dövlət şirkətlərinin sayının artmasının mənfi tərəfi də var: "Belə olduqda dövlət sahibkarlıq fəaliyyəti ilə çox məşğul olur. Halbuki dünya təcrübəsində dövlətin tənzimləyici funksiya yerinə yetirməsi daha effektiv sayılır, nəinki sahibkarlıq fəaliyyəti göstərməsi. Bu, heç vaxt özünü doğrultmur. Dövlət dünyanın hər yerində ən pis idarəedicidir. Çünki burada dövr edilən vəsaitlər ictimai vəsaitlərdir. Milton Fridmanın pulun idarəedilməsi ilə bağlı məşhur yanaşmasına görə, başqasının pulunu başqasının məqsədləri üçün idarə edəndə ən pis idareəetmə metodu ortaya çıxır. Bu baxımdan dövlət idarələrinin kommersiya təşkilatlarına çevrilməsi mənfi qiymətləndirilə bilər".

Azərbaycanda dövlət şirkətlərinin sayının artmasına paralel olaraq onların sayının azalması tendensiyası da var. Məsələn, ötən ilin noyabr ayında "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus "Azərtütün" ASC özəlləşdirilib və bu addım gələcəkdə Korporasiyanın digər şirkətləri ilə bağlı da atıla bilər. Odur ki, bu gün yeni yaradılan dövlət şirkətlərinin gələcəkdə "özəl əl"lərə keçəcəyi istisna deyil. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam