Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Daha bir şübhəli tender

Şübhəli tender


07.02.2022-ci il tarixində "Dövlət Satınalma Portalı"nda "İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi şəxsi "BMTİP" (VÖEN - 9900084261) ilə "Ölkədə səhiyyə təchizat sisteminin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinə dəstək layihəsi" müqaviləsi bağlandığı barəsində məlumat dərc edilib.

Şübhəli tender


Yenixeber.org: Qeyd edək ki, müqavilədə göstərilən məbləğ 2191645.1 (iki milyon yüz doxsan bir min, altı yüz qırx beş - on) AZN olaraq qeyd edilib. Amma, katirovka sorğusu barəsində "Dövlət Satınalma Portalı"nda heç bir məlumat göstərilməyib.

Bu qədər böyük məbləğ müqabilində bağlanmış müqavilə barəsində satınalma portalında ətraflı məlumat göstərilməməsi müəyyən şübhələr doğurur.

Şübhəli tender


Bundan əlavə, 04.02.2022-ci il tarixində "Dövlət Satınalma Portalı"nda "Ərazi Tikinti-Planlaşdırma Mərkəzi" ilə "Alyans Testil" MMC (VÖEN: 2001098501) arasında imzalanan "Fərdi mühafizə vasitələrinin və xüsusi geyimlərin satın alınması" (Müsabiqənin adı - "Azərsu"ASC-nin daxili vəsaiti hesabına Fərdi mühafizə vasitələrinin və xüsusi geyimlərin satın alınması) müqaviləsi barəsində məlumat dərc edilib.

Bu müqavilədə isə məbləğ 8000 (səkkiz min) AZN-dir.

Müqavilə barəsində digər əsas və ətraflı məlumatlar göstərilməyib.

Həmçinin, eyni gündə - 04.02.2022-ci il tarixində "Dövlət Satınalma Portalı"nda "12 saylı Ərazi Vergilər Departamenti" ilə "NAT CORP" (VÖEN: 1003784151) arasında "Yanğın Təhlükəsizliyin təmin edilməsi" müqaviləsi bağlandığı da dərc edilmişdir. Müqavilədə göstərilən məbləğ 13453 (on üç min dörd yüz əlli üç) AZN-dir. Bu müqavilə barəsində də ətraflı məlumat bölməsi boş saxlanılıb. Katirovka sorğusu barəsində heç bir məlumat yoxdur.

Şübhəli tender


Gördüyünüz kimi, yuxarıda qeyd etdiyimiz hər üç müqavilə barəsində satınalma portalında ətraflı məlumat yoxdur. Yəni, hər üç müqavilə müəyyən şübhələr doğurur.

QEYD: Yazıda adları çəkilən tərəflərin də açıqlamasını dinləməyə və dərc etməyə hazırıq. (DogruXeber.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam