Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Bütün sahələrdə bahalaşma olacaq"

 

 

“2014-cü ildən gözləntilərimiz ondan ibarətdir ki, ötən il başlayan bahalaşma bu il də davam edəcək. Demək olar ki, bahalaşma bütün sahələrdə baş verəcək”. 

"xeberinfo.com":Bildiyiniz kimi biz ötən ilin son aylarında qiymətlərin qalxması haqqında bir neçə silsilə yazılar dərc etmişdik. Həmin yazılarımızda, kommunal xərclərin bahalaşması əsas diqqət mərkəzində idi. İqtisadçı ekspert Qubad İbadoğlunun sözlərinə görə isə, 2013-cü ildə başlayan qiymət artımı bu ildə davam edəcək. Bütün məhsullar üzrə bahalaşma bu il də artan xətt üzrə olacaq. Bundan əlavə, kommunal xidmət haqlarının qalxması da gözləniləndir: “Hesab edirəm ki, kommunal xidmətlərin qiymətinin qalxması yaxın zamanda baş verəcək. Yəni, tezliklə elektrik enerjisinin, təbii qazın, suyun pərakəndə satış tarifləri də artacaq. Bahalaşmanın bazarların qarşılıqlı təsiri qanunu əsasında istehlak, xüsusilə də ərzaq bazarında qiymətlərin artımına və inflyasiya yaradıcı amillərin fəallaşmasına təsiri şübhəsizdir. Ona görə də gələn il üçün iki rəqəmli inflyasiya qaçılmazdır. Yəni, hələlik bu ildən iqtisadi cəhətdən müsbət bir şey gözləməyə dəyməz.

     Onuda qeyd edək ki,2014-cü il "Sənaye ili" elan olundu. Bir tərəfdən sənaye sektorunda daha əlverişli mühitin yaradılması üçün imkanlar yaransa da, əslində, bu məsələ ilə bağlı ən böyük əziyyəti sahibkarlar çəkəcək. Çünki 2014-cü ilin dövlət büdcəsinin gəlirlər hissəsinin proqnozlaşmasında sahibkarların yükü artırılıb. Yəni, bu baxımdan hesab edirəm ki, 2014-cü il həm qiymətlərin bahalaşması, həm də sahibkarların əlavə ödənişləri həyata keçirmək məcburiyyətində olması ilə yadda qalacaq. Belə demək mümkündürsə, 2014-cü ili son dövrün ən bahalı ili kimi görürəm. Düzdür, hələlik Tarif Şurasının hər hansı qərarı yoxdur. Amma sonrakı dövrdə ölkədə ciddi qiymət artımının olacağı qaçılmazdır. Bu da əhalinin büdcəsinin dağılmasında özünü göstərəcək”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam