Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Ekspertdən qızılın bahalaşması haqqında açıqlama

 

“Qızıl bazarında ötən il sentyabrın ortalarından başlayan ucuzlaşma hazırda bahalaşma ilə əvəzlənib”.

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu son günlər qızılın qiymətində müşahidə olunan artımı şərh edərək deyib. İqtisadçı qeyd edir ki, hazırda Azərbaycanın daxili bazarında sürətlə bahalaşan qızıldır:

 

“Əldə olunun məlumatlara görə, qiymətlərin artım səviyyəsi son 1 ayda 20-30 faiz səviyyəsində olub. Bu dəyişikliyi şərtləndirən səbəbləri aşağıdakı kimi qruplaşdırmaq olar.

 

Birincisi, Azərbaycanda əhalinin əmanətlərindən gələn gəlirlərin bu ildən başlayaraq vergiyə cəlb edilməsi ikili effekt yaratmaqdadır. Bir tərəfdən ildən-ilə aşağı düşən faiz gəlirləri ilə yanaşı, əldə edilən gəlirlərin 500 manatından çoxuna 10 faiz vergi qoyulması, eləcə də milli valyutaların qonşu ölkələrdə dəyərsizləşməsinin Azərbaycan manatına psixoloji tərsiri əmanət bazarına sərmayə qoyulmasına marağı azaldır. Eyni zamanda əmanətlərin banklardan geri çəkilməsi prosesi də gedir. Bu halda əhalinin əlində cəmləşmiş sərbəst vəsaitlər yeni və sərfəli bazarlar axtarır. Bu halda Azərbaycanda 2 ənənəvi alternativ bazarda investisiya imkanları nəzərdən keçirilə bilər. Onlardan biri əmlak bazarıdır ki, bu bazarda da qiymətlərin ucuzlaşması tendensiyası başlayıb. İkinci bazar isə qızıl bazarıdır ki, orada, əksinə, qiymətlərin bahalaşması prosesi müşahidə olunur. Bu prosesə dünya bazarında bu ildən başlayaraq qızılın artan qiymətləri də təsir göstərir. Belə ki, qızıl bazarında ötən il sentyabrın ortalarından başlayan ucuzlaşma hazırda bahalaşma ilə əvəzlənib. Hazırda 1 troya unsiyası qızılın qiyməti 1257 ABŞ dollaradır ki, bu da 20 gün bundan əvvəlki qiymətdən 70 dollar yuxarıdır. Nəhayət, bu bazarda qiymətlərin artımını şərtləndirən daha bir amil Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, aksiz dərəcələrinin qaldırılmasıdır. Bütün bunlar da qızıl bazarında qiymətlərin daha yüksək sürətlə artımına gətirib”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam