Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Qarabağda biznes qurmaq istəyənlərin sayı -400-ü keçib

Qarabağda biznes qurmaq istəyənlərin sayı 400-ü keçib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Iqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası kecirilib.

Yenixeber.org: İclasda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərində xarici şirkətlərin iştirakı məsələsi müzakirə edilib.

Məlumata görə, bu ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulunu, təhlilinu, sahibkarların məlumatlandırılmasını, müvafiq tövsiyələrin verilməsini və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsini İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi təmin edir. Agentliyə təqdim edilmiş investisiya layihələrinin prioritetliyi təhlil olunur, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

İşğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən indiyədək Agentliyə 409 müraciət daxil olub. Bu müraciətlərin 104-ü (25%) ticarət və xidmət, 93-ü (23%) sənaye, 69-u (17%) kənd təsərrüfatı, 70-i (17%) tikinti, 34-ü (8%) turizm, 5-i (1,2%) təhsil, 1-i (0,2%) nəqliyyat və logistika və 33-ü (8,5%) isə digər sahələri əhatə edir. Həmin müraciətlərdən 53-ü 12 xarici ölkəni (əsasən Türkiyə, Rusiya, Pakistan, Macarıstan, Qazaxstandan olmaqla) təmsil edən şirkətlər tərəfindən təqdim edilib.

Müraciət edən xarici şirkətlər işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurma işlərində investor və ya podratçı kimi iştirak etmək niyyətindədir.

İclasda xarici şirkətlərin secilməsində təcrübə, ixtisaslaşma, yüksək keyfiyyət və münasib qiymət amilləri nəzərə alınacaq, yeni texnologiya gətirən və yerli resurslardan (maddi və əmək resurslarından) istifadə edən şirkətlərə üstünlük veriləcəyi vurgulanıb. Tədbirdə həmçinin, prioritet sahələr üzrə hazırlanmış layihələrin açıq platformada Azərbaycan, ingilis, türk və rus dillərində yerləşdirilməsi təklif edilib.

İclasda həmçinin bildirilib ki, İqtisadiyyat Nazirliyinin hazırladığı ”İşğaldan azad edilmiş ərazilərin 2021-2025-ci illər üzrə bərpası və dayanaqlı inkişafı“ Dövlət Proqramında investisiya cəlbediciliyinin artırılması üçün investisiya təşviqi mexanizmi nəzərdə tutulur.

Ölkə prezidentinin 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam