Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Abxaziyanın bank kartlarının Ermənistanda tanınmasına Tibilisi necə reaksiya verir? -GÜRCÜSTANDAN ŞƏRH

 

 

Artıq bir neçə gündür ki, Gürcüstanda içində Ermənistanın da olduğu bəzi xarici ölkələrdə “Abxaziya” bank kartları ilə ödəmənin mümkün olduğu məlumatları müzakirə edilir. Qondarma Abxaziyada bir neçə il əvvəl özlərinin “milli” ödəmə kartı sistemi APRA-nı yaratmağa başlayıblar və indi o, Rusiyanın “Mir” sisteminin ödəniş infrastrukturlarına fəal şəkildə inteqrasiya olunur.

Yenixeber.org: İqtisadi ekspert, Gürcüstanın Yeni İqtisadi Məktəbinin prezidenti Paata Şeşelidze müsahibəsində Gürcüstan KİV-in qondarma Abxaziyada ödəmə sisteminin faktiki leqallaşdırılması ilə bağlı vəziyyəti həqiqətən müzakirə etdiyini təsdiqləyib:

“Lakin əslində hələ də dəqiq rəsmi məlumat yoxdur, hökumətimiz bu məlumatları təsdiqləmir və ya təkzib etmir”.

“Məncə, bu məsələyə mədəni yanaşılmalıdır. Biz ki, orada insanların yaşadığını, bankların olduğunu anlayırıq. Bank əməliyyatları üçün özünün, Gürcüstanın kanalını təklif etmək lazımdır. Yeri gəlmişkən, Abxaziya elektrik enerjisini Gürcüstandan alır”, - deyə P.Şeşelidze qeyd edib.

- Bəs siyasi aspektlər barədə nə düşünürsünüz? Tibilisi bu kartların qonşu Ermənistan da daxil olmaqla digər ölkələrdə tanınmasına necə reaksiya göstərməlidir?

- Təkrar edirəm: bütün bank əməliyyatlarının sistemimizdən keçməsini təmin etməliyik. Əlbəttə ki, Abxaziya kartlarının digər ölkələrdə istifadəsini əngəlləmək üçün çox sayda resurslarımız yoxdur, xüsusən də, onlar Rusiyanın “Mir” ödəmə sisteminə inteqrasiya olunurlarsa, amma cəhd etməyə dəyər.

Digər ölkələrə, məsələn, Ermənistana münasibətdə olan siyasi reaksiyaya gəlincə, daha sərt davranmalıyıq. Yeri gəlmişkən, həmin Ermənistan Abxaziyanı rəsmən tanımayıb. Düşünürəm ki, belə bir sərt reaksiya gələ bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam