Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Çempionlar Liqası: -Bu gün son yarımfinalçı müəyyənləşəcək

Çempionlar Liqası: Bu gün son yarımfinalçı müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Yenixeber.org: Bu raundun son oyununda İngiltərənin "Mançester Siti" klubu ilə Fransa "Lion"u qarşılaşacaq. Görüş Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionunda baş tutacaq.

Niderlandlı FIFA referisi Denni Makkelinin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

"Şəhərlilər"in heyətində argentinalı hücumçu Serxio Aquero zədə səbəbindən oyunu buraxacaq. Liqa 1 təmsilçisində isə itki yoxdur.

Bu cütün qalibi növbəti mərhələdə "Barselona"nı (İspaniya) 8:2 hesabı ilə darmadağın edən Almaniya "Bavariya"sı ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinalın digər oyununda isə PSJ (Fransa) və "Leyptsiq" (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18 - 19 avqust tarixlərində keçiriləcək.

13 avqust

Çempionlar Liqası, 1/4 final

23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa)
Baş hakim:
 Denni Makkeli

Portuqaliya, Lissabon. “Joze Alvalade” stadionu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam