Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Fransalı futbolçudan ABŞ-dakı irqçiliyə etiraz -VİDEO

 

 

Almaniyanın "Borussiya" (Münhenqladbax) klubunun futbolçusu Markus Tyuram ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar keçirilən aksiyaya dəstək nümayiş etdirib.

Yenixeber.org: Fransalı hücumçu Bundesliqanın XXIX turunun "Union Berlin"lə ev qarşılaşmasının (4:1) 41-ci dəqiqəsində özünün ilk qolunu vurduqdan sonra diz çökərək irqçiliyə və polis vəhşiliyinə etirazını bildirib.

Dünən isə "Şalke"nin amerikalı yarımmüdafiəçisi Ueston Makkenni "Verder"lə matça (0:1) üzərində "Corc üçün ədalət" sözləri yazılmış sarğı ilə çıxıb.

Qeyd edək ki, "Union Berlin"lə görüşdə dubl edən M.Tyuram digər qolu isə 59-cu dəqiqədə rəqib qapısından keçirib. O, fransalı məşhur futbolçu Lilian Tyuramın oğludur.

Xatırladaq ki, mayın 25-də internetdə Corc Floydun saxta əskinaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və ardından dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb.

 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam