Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İrqçiliyə məruz qalan futbolçu tutuldu

İngiltərənin “Fulhem” klubunun futbolçusu Abubakar Kamara həbs olunub.

Yenixeber.org: “The Guardian”ın verdiyi məlumata görə, 24 yaşlı hücumçu qəsdən sağlamlığa zərər vurmaqda ittiham olunur.

İnsident yanvarın 21-də London təmsilçinin bazasında baş verib. Fransalı forvard gələcək karyerasını müzakirə etmək üçün “Fulhem”in icraçı direktoru Alister Makintoşla görüşə gələn zaman mühafizəçilərlə dalaşıb.

İnsidentlə bağlı klub rəsmi saytında yerləşdirilən açıqlamada bildirilir ki, Kamaranın klubun Motspur Parkdakı bazasına girişi qadağandır: “Hadisəyə dərhal müdaxilə etdikləri üçün polis əməkdaşlarına minnətdarıq. Futbolçunun kluba aid tədbirlərdə iştirakı da qadağandır. Təhlükəsiz əmək şəraitinin təmin olunması naminə istintaqla sıx əməkdaşlıq edəcəyik”.

Qeyd edək ki, Kamara daha əvvəldə klub tərəfindən inzibati cəzalarla üzləşib. O, Premyer Liqanın XX turunda “Haddersfild” ilə matçın 82-ci dəqiqəsində topu komanda yoldaşı Aleksandr Mitroviçdən alaraq penaltini qeyri-dəqiq yerinə yetirdiyi üçün irqçi təzyiqlərə məruz qalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam