Avqustun 26-30-da Parisdə keçirilməsi nəzərdə tutulan atletika üzrə Avropa çempionatı təxirə salınıb.

Yenixeber.org: Koronavirus pandemiyasına görə təxirə salınan qitə birinciliyinin nə vaxt keçiriləcəyi açıqlanmayıb.

Turnirin təşkilat komitəsinin sədri Jan Qarsia deyib: “Biz turnirin keçirilməsini istəyirdik. Ancaq bu idmandır. Riskə gedib insanları infeksiyaya yoluxdurmaq düzgün olmazdı”.

Qeyd edək ki, çempionatın Parisdəki Şarle stadionunda təşkil olunması planlaşdırılırdı.