Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

UEFA-nın sabiq prezidenti FIFPro başçısının müşaviri-təyin olunub

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) sabiq başçısı Mişel Platini Futbolçuların Beynəlxalq Həmkarlar İttifaqının (FIFPro) prezidenti Filip Pyanın müşaviri vəzifəsinə təyin edilib. Bu barədə məlumatı Assoşieyted Press Agentliyi yayıb.

Yenixeber.org: Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) vitse-prezidenti vəzifəsini də tutan Platini 2015-ci ilin sonunda FIFA-nın etika komitəsi tərəfindən futbol fəaliyyətindən uzaqlaşdırılıb. Uzaqlaşdırma müddəti ötən ilin oktyabrında başa çatıb.

Pya deyib: “Platini unikal ünsiyyət vərdişlərinə, biliklərə malikdir. O, vacib adamdır. Onu dinləyəcəklər. Mən onu 1972-ci ildən tanıyıram. O, UEFA-nın prezidenti olanda, öz ideyalarını həyata keçirə bilirdi. Mişel Platini olduğuna görə onu ən yüksək səviyyədə dinləyirdilər”.

FIFA-ya 1998-ci ildən rəhbərlik edən Yozef Blatterin 2011-ci ildə qurumun vəsaitindən 2 milyon İsveçrə frankını Platininin hesabına köçürməsi onun kənarlaşdırılması üçün əsas olub. Platini FIFA-nın etika komitəsinin arbitraj palatası tərəfindən 8 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılıb. 2016-cı ilin fevralında FIFA-nın apellyasiya komitəsi həmin müddəti azaldaraq 6 ilə endirib. Sonralar məmur İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib. CAS isə diskvalifikasiya müddətini azaldaraq 4 ilə endirib.

FIFPro-ya futbolçuların 63 həmkarlar ittifaqı daxildir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam