Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

"Dəymiş ziyan mütləq ödənəcək…"-Nazir oğlu lyuk qəzası barədə danışıb

 

“Formula 1” Azərbaycan Qran-prisinin promouteri Arif Rəhimov jurnalistlərlə söhbətində dünən yerindən çıxaraq, britaniyalı pilot Corc Rasselin bolidinə xəsarət yetirmiş və idmançının Bakıdakı ikinci məşqdə iştirakını mümkünsüz etmiş kanalizasiya lyuku barədə danışıb.

Yenixeber.org: Rəhimovun sözlərinə görə, “Williams” komandasına dəymiş zərər mərhələ təşkilatçısının sığortası hesabına ödəniləcək.“Bizdə küçə trasıdır, buna görə də, onun boyunca 300-dən çox lyuk var. Bütün lyuklar bərkidilmişdi və yarışlardan bir neçə gün öncə yoxlanmışdı, lakin konkret halda problem adi gözlə görünə bilməzdi. Lyukda problem aşağı hissədən qaynaqlanıb – lyuku saxlayan qarmaqlar paslanıb və elə buna görə də, belə bir hadisə baş verib, – Arif Rəhimov deyib. – Belə şeylər olur və biz başına bu cür iş gələn birinci adam deyilik, analoji hallar Monakoda, Çində və Malayziyada baş verib, yəni hətta şəhər trasında deyil, adi stasionar traslarda da olur. Təəssüf ki, indi bu, bizdə baş verib. Biz bir neçə dəfə “Williams” komandasından üzr istəmişik. Komandaya dəymiş zərər sığorta hesabına ödəniləcək. Hələlik söhbətin hansı məbləğdən getdiyini bilmirik, amma dəqiq ödəniləcək”.Rəhimov əlavə edib ki, hadisədən sonra bütün lyuklar bir daha yoxlanıb və təşkilatçılar bütün tədbirləri görüblər ki. belə hal təkrarlanmasın. “Bundan sonra biz hər bir lyuku dörd dəfə yoxlamışıq, bərkidilməsi mümkün olan hər şeyi bərkitmişik. 100 faizlik etibarlılığı, yəqin ki, heç bir şeydə təmin etmək mümkün deyil, amma biz 99,9% zəmanət veririk. Bu hal bir də baş verməməlidir”, – o qeyd edib.Virtualaz.org 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam