
Azərbaycan milli komandasının Xorvatiyaya qarşı 2020-ci il Avropa çempionatının seçmə qrup oyunu və Litva ilə keçirəcəyi yoldaşlıq görüşü üçün heyəti açıqlanıb.
Yenixeber.org: Məlumata görə, yeni baş məşqçi Nikola Yurçeviç qarşıdakı görüşlərə 23 futbolçu dəvət edib. Onlardan 5-i legionerdir. Xaricdə çıxış edən oyunçulardan uzun müddət sonra Eddi İsrafilov da yığmaya çağırılıb.
Yeni futbolçular isə Ömər Buludov, Əli Babayev və Aleksey İsayevdir.
| ADI | SOYADI | KLUBU |
| Səlahət | Ağayev | Neftçi |
| Emil | Balayev | Tobol (Qazaxıstan) |
| Şahruddin | Məhəmmədəliyev | Qarabağ |
| Maksim | Medvedev | Qarabağ |
| Ömər | Buludov | Neftçi |
| Bədavi | Hüseynov | Qarabağ |
| Rahil | Məmmədov | Qarabağ |
| Anton | Krivotsyuk | Neftçi |
| Təmkin | Xəlilzadə | Sabah |
| Şəhriyar | Rəhimov | Səbail |
| Qara | Qarayev | Qarabağ |
| Riçard | Almeyda | Qarabağ |
| Eddi | İsrafilov | Alcorcon (İspaniya) |
| Emin | Mahmudov | Neftçi |
| Əli | Babayev | Sumqayıt |
| Aleksey | İsayev | Sumqayıt |
| Dmitri | Nazarov | Erzgebirge Aue (Almaniya) |
| Mahir | Mədətov | Qarabağ |
| Namiq | Ələsgərov | Neftçi |
| Araz | Abdullayev | Qarabağ |
| Ramil | Şeydayev | Krılya Sovetov (Rusiya) |
| Rüfət | Dadaşov | Proysen Münster (Almaniya) |
| Mirabdulla | Abbasov | Neftçi PFK |
Qeyd edək ki, Xorvatiya ilə matç martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Martın 25-də "Bakcell Arena"da keçiriləcək yoldaşlıq görüşü isə saat 18:00-da start götürəcək.









AZ
RU