Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Millimizin heyəti açıqlandı

 

Azərbaycanın futbol üzrə yığma komandasının heyəti açıqlanıb.

 

"Xeberinfo.com":  Məlumata görə, yığmamızın baş məşqçisi Robert Prosineçki AVRO-2016-nın seçmə mərhələsinin son iki oyununa 21 futbolçu dəvət edib.

Xorvatiyalı mütəxəssis oktyabrın 10-da İtaliya ilə ev, 13-də isə Bolqarıstanla səfər görüşündə 21 oyunçuya güvənəcək. Topaz Premyer Liqasının VII turunun qarşılaşmalarını izləyəcək mütəxəssisin heyətdə müəyyən dəyişiklik etməsi isə istisna deyil.

Açıqlanan 21 futbolçudan ibarət heyət isə sentyabrdakı ilə müqayisədə müəyyən dəyişikliklərə məruz qalıb.

Belə ki, Xorvatiya və Malta ilə qarşılaşmalara dəvət almayan Anar Nəzirov, Maksim Medvedev və Tuğrul Erat qısa fasilədən sonra heyətə dönüb. Nəzirov 2015-ci ildə, yəni Prosineçki dönəmində ilk dəfə dəvət alıbsa, iyunda yığmaya çağırılan Erat sonradan heyətdən çıxarılmışdı. Zədə üzündən son matçları buraxan Maksim isə yığmamızın daimi üzvlərindəndi.

Əvəzində ötən ay siyahıda yer alan Aqil Məmmədov, Araz Abdullayev, Coşqun Diniyev, Elvin Məmmədov, Elvin Camalov, Məhəmməd Mirzəbəyov, Məhəmməd Qurbanov, Nurlan Novruzov, Səlahət Ağayev, Rauf Əliyev, Seymur Əsədov, Vüqar Nadirov və Ürfan Abbasov bu dəfə baş məşqçiyə lazım olmayıb.

Düzdü, bu 13 oyunçudan bəziləri ilkin siyahıda olsa da sonradan oradan çıxarılmışdı. Bunlar Nurlan, Ürfan, Seymur v ə Elvindi. Həmin vaxt siyahıdan çıxarılanlardan Rəhman Hacıyev isə yenə Prosineçkidən dəvət alıb.

 

Qapıçılar: Kamran Ağayev (“Karşiyaka”, Türkiyə), Aqil Məmmədov         (“Neftçi”), Anar Nəzirov (“Zirə”)

 

Müdafiəçilər: Tərlan Quliyev (“Kəpəz”), Maksim Medvedev, Bədavi Hüseynov,

Rəşad Sadıqov (hamısı “Qarabağ”), Arif Daşdəmirov, Ruslan Abışov (hər ikisi “Qəbələ”), Pavel Paşayev (“Metallurq”, Zaporojye, Ukrayna)

 

Yarımmüdafiəçilər: Rəşad Sadiqov (“Qəbələ”), Qara Qarayev, Cavid Tağıyev, Əfran İsmayılov (hamısı “Qarabağ”), Dmitri Nazarov        (“Karlsrue”, Almaniya), Rəhman Hacıyev (“Neftçi”), Tuğrul Erat (“Fortuna”, Dusseldorf, Almaniya), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”)

 

Hücumçular: Elnur Cəfərov (“Xəzər Lənkəran”), Eddi İsrafilov  (“Eybar”, İspaniya), Ruslan Qurbanov (“Neftçi”).

 

Apasport.az 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam