Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Futbol üzrə Azərbaycan Premyer Liqası:"Neftçi" "Keşlə"ni məğlub edib

 

 

 Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Yenixeber.org: Lider "Neftçi" "Bakcell Arena"da "Keşlə"ni qəbul edib. İnqilab Məmmədovun idarə etdiyi görüş meydan sahiblərinin 2:0hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu flaqmanın kapitanı Emin Mahmudov vurub. 27 yaşlı yarımmüdafiəçi 33-cü dəqiqədə cinah ötürməsini başla tora göndərib.

Matçın 65-ci dəqiqəsində cərimə meydançası daxilində Baqoli Daboya qarşı qayda pozuntusu qeydə alınıb və baş hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Penalti nöqtəsinə yaxınlaşan Mahmudov qol vursa da, İnqilab Məmmədov zərbənin təkrarlanmasını istəyib. O, səbəb kimi zərbə zamanı cərimə meydançası daxilinə "Keşlə"nin futbolçularının daxil olduqlarını göstərib. "Neftçi"nin kapitanı ikinci dəfə də zərbəni düzgün yerinə yetirib və hesabı 2:0-a çatdırıb.

Matçın 82-ci dəqiqəsində meydana "Neftçi"nin yeni transferi Canluka Sansone Vanqelis Platellasın yerinə meydana çıxıb. O, Azərbaycan Premyer Liqasında çıxış edən ilk italiyalı futbolçu kimi tarixə düşüb.

Bu qələbə sayəsində "Neftçi" xallarının sayını 37-yə yüksəldərək, liderliyini davam etdirib. 12 xala malik "Keşlə" isə 7-ci pillədə qərarlaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam