Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu gün 5 idmançımız yarışacaq

 

 

Rio-2016: Bu gün 5 idmançımız yarışacaq
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 5 idmançısı mübarizə aparacaq.
 
    Xeberinfo.com: Məlumatına görə, onlar cüdo, atıcılıq, boks və atletika növlərində çıxış edəcəklər.
   Azərbaycanın cüdodakı sonuncu təmsilçisi olan Uşangi Kokauri 100 kq-dan yuxarı çəki dərəcəsində qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 17:00-dan etibarən start götürəcək 1/16 final mərhələsində onun rəqibi latviyalı Artur Nikiforenko olacaq.
   Saat 19:15-də atıcı Ruslan Lunyov 25 metr məsafəyə sürətlə atəş açma yarışına qatılacaq. 26 iştirakçının çıxış edəcəyi yarışın ikinci mərhələsi 13 avqust saat 16:00-da, final mərhələsi isə saat 19:30-da start götürəcək.
Gecə saat 01:15-də boksçu Albert Səlimov 60 kq. çəki dərəcəsində fransalı Sofian Umiha ilə 1/4 final görüşünə çıxacaq. Qələbə təqdirində, Səlimov ən azı bürünc medalı təmin edəcək.
Saat 01:30-da daha bir boksçu Kamran Şahsuvarlı 75 kq. çəkidə 1/8 final döyüşündə rusiyalı Artyom Çebotaryovla üz-üzə gələcək.
Nəhayət, saat 03:40-da atletikanın çəkicatma növündə Anna Skidan mübarizəyə başlayacaq. "B" qrupunda yer alan Skidanın 15 rəqibi olacaq. "A" qrupunda da 16 atlet yer alıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam