Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Bakı-2015": Paracüdoçular da mübarizəyə qoşulur - CANLI YAYIM

 

Bakı 2015 I Avropa Oyunlarında cüdo yarışları davam edir.

 

"Xeberinfo.com":   Məlumata görə, bu gün paracüdoçular da mübarizəyə qoşulacaqlar. 2 çəki dərəcəsi üzrə təşkil olunacaq yarışda Azərbaycan 3 idmançı ilə təmsil olunacaq. Həmyerlilərimizdən İlham Zəkiyev, Zakir Mislimov və Səbinə Abdullayeva yığmamızın medal sayını artırmağa çalışacaq. Ümumilikdə isə bü gün daha 6 çəki dərəcəsində medalçılar məlum olacaq.

 

Azərbaycan yığmasının 5 cüdoçusu mübarizə aparacaq. 2 çəkidə təmsil olunmayacağımız halda, 2 çəkidə 2 idmançımız tatamiyə çıxacaq.

 

Cüdo

 

Kişilər

 

73 kq

Azərbaycanı bu çəkidə təmsil edəcək Rüstəm Orucov 1/32 final mərhələsindən azaddır. O, 1/16 finalda Kristofer Voelk (Almaniya) – Yaromir Yezek (Çexiya) cütünün qalibini gözləyir. Yay Olimpiya Oyunlarının iştirakçısı tatamiyə saat 11:54-də çıxacaq.

 

 

Qadınlar

 

63 kq

Bu çəkidə iki idmançımız çıxış edəcək və hər ikisi 1/16 finaldan mübarizəyə başlayacaq. Xanım Hüseynovasaat 11:36-da Makedoniya cüdoçusu Nikolosko Katerina ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu cütün qalibi 1/8 finalda fransalı dünya çempionu Klariss Aqbenenu ilə üz-üzə gələcək.

 

Xanımdan 6 dəqiqə sonra Nuriyyə Axundova tatamiyə çıxacaq. Onun rəqibi kifayət qədər böyük təcrübəyə malik polşalı Aqata Ozdoba olacaq. Həmyerlimiz bu mərhələni adlamağa müvəffəq olsa, 1/8 finalda daha güclü - dünya çempionu Yarden Gerbi (İsrail) sınağa çəkəcək.

 

70 kq

Azərbaycan yığması bu çəkidə də iki cüdoçu ilə təmsil olunacaq. Öncə saat 12:06-da Nərgiz İbrahimovatatamiyə çıxacaq. O, 1/16 finalda özündən 10 yaş kiçik olan xorvatiyalı Barbara Matiçi sınağa çəkəcək.

 

Saat 12:18-də isə tamaşaçılar Validə Mirzəzadənin görüşünə tamaşa edəcəklər. Gənc idmançımız 1/16 final mərhələsində özündən 7 yaş böyük olan Roksana Teymansla (Belçika) qarşılaşacaq. Mirzəzadə belçikalıya qalib gələ bilsə, növbəti mərhələdə dünya və Avropa çempionu Kim Pollinq önünə çıxacaq.

 

 

Paracüdo

 

Kişilər

 

+90 kq

Yığmamızın lideri İlham Zəkiyev Avropa Oyunlarına yarımfinaldan start verəcək. Paralimpiya Oyunlarının qalibi, Bakı 2015-in məşəlçisi finala gedən yolda Dursun Hayran (Türkiyə) – Klimis Papaçristos cütünün güclüsü ilə güləşəcək.

 

Bu çəki dərəcəsində tatamiyə çıxacaq digər paracüdoçumuz Zakir Mislimov ilk cəhdində ukraynalı Aleksandr Pominovla üz-üzə gələcək. 1/4 finala təsadüf edəcək qarşılaşmanın start fiti saat 15:12-də veriləcək.

 

 

Qadınlar

 

57 kq

Millimizin aparıcı üzvlərindən Səbinə Abdullayeva 1/4 finalda Maria Merensiano (İspaniya) ilə qüvvəsini sınayacaq. Görüş saat 15:00-da başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam