Yenixeber.org: Azərbaycan Taekvondo Federasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günündə 45 kq çəki dərəcəsində mübarizə aparan Hatəm Həsənli rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, turnirdə Azərbaycanın gənclərdən ibarət olimpiya komandası 4 idmançı ilə təmsil olunur. Cavad Ağayev (63 kq), Taleh Süleymanov (73 kq) və Minayə Əkbərova (46 kq) sabah mübarizəyə qoşulacaq.