Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə çempionatında Azərbaycan dueli

 

Türkiyə çempionatında Azərbaycan dueli

 

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında III tura yekun vurulub

 

Yenixeber.org: Turun son günündə Azərbaycan millisinin voleybolçuları bir-birinə rəqib olublar.

Belə ki, Yana Kulanın çıxış etdiyi “Bəylikdüzü” Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça”nı qəbul edib. Görüş “sarı-lacivərdlilər”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda 5-i eys olmaqla, 27 xal toplayan Polina bombardir olub. Kulanın isə 17 zərbəsi komandasına xal gətirib.

Marqarita Əzizovanın formasını geyindiyi “Beşiktaş” “Vakıfbank”la oynayıb. Görüş 3:0 hesabı ilə “bankirlər”in xeyrinə başa çatıb. Son 2 hissədə meydanda olan Əzizova “qara qartallar”da xal hesabını açıb. O, 3 dəqiq zərbə vurub.

Qeyd edək ki, III turdan sonra “Fənərbaxça” 9 xalla ikinci pillədə qərarlaşıb. 3 xalı olan “Beşiktaş” 8-ci, 1 xala malik “Bəylikdüzü” 10-cudur. Odina Bayramovanın çıxış etdiyi “Seramiksan” isə 4 xalla 7-ci pillədə qalıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam