Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Araz” futzal klubu Avropada ikinci oyununu da qazandı

 

uefa futzal

İlk oyunda Tbilisi Dövlət Universiteti komandasını məğlub edən Araz hazırda qrup lideridir

Xeberinfo.com:  Azərbaycan çempionu “Araz” bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsində növbəti oyununu keçirib. Məlumata görə, 2-ci qrupun ikinci oyununda rəqib Kosovanın “Feniks” klubu olub.

Qarşılaşma 2-ci qrupun oyunlarına ev sahibliyi edən Makedoniyanın paytaxtı Skopyedə Boris Trajkovski adına İdman Mərkəzində keçirilib. Ölkə çempionu bu görüşü da qələbə ilə başa vuraraq turnirin elit rounduna vəsiqəni böyük ölçüdə təmin edirb.

İlk oyunda Tbilisi Dövlət Universiteti komandasını məğlub edən “Araz” (7:1) hazırda 6 xalla qrup lideridir. Qrupun digər oyununda isə Bakı vaxtilə saat 22:00-da “Jelezarets” və Tbilisi Dövlət Universiteti komandası üz-üzə gələcək. “Jelezarets” xal itirəcəyi halda “Araz” elt-raunda vəsiqəni vaxtından əvəvl rəsmiləşdirəcək. Əks halda hər şey son tura qalacaq. “Araz” qrupdakı son oyununu oktyabrın 14-də “Jelezarets”ə qaşrı keçirəcək.
Qeyd edək ki, turnirin reqlamentə əsasən əsas mərhələdə 6 qrupun ilk iki pilləsində qərarlaşan və ən yaxşı göstərici ilə 3-cü yeri tutan 4 komanda elit rounda yüksələcək.

Futzal, UEFA Kuboku

Əsas mərhələ

2-ci qrup

19:30. “Araz” (Azərbaycan) – “Feniks” (Kosova) – 1:0

Qol: Xətai Bağırov, 11

Hakimlər: Simon Todoroviç (Sloveniya), Moşe Bohbot (İsrail), Vasilios Xristodulis (Yunanıstan)
Skopye, Boris Trajkovski adına İdman Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam