Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avropa çempionatı:Azərbaycan İspaniyaya qarşı

 

 

Sloveniyanın Lyublyana şəhərində təşkil olunan futzal üzrə Avropa çempionatında Azərbaycan millisi bu gün mübarizə apardığı D qrupunda sonuncu oyuna çıxacaq

 

Yenixeber.org: Komandamız İspaniya ilə görüşəcək. Üç komandalı qrupda ilk oyunda Fransaya qalib gələn Joze Alesionun futzalçıları artıq 1/4 finala çıxmağı təmin ediblər. Bu mərhələdə komandamızın rəqibi C qrupundan 1/4 finala vəsiqəni təmin edən Portuqaliya və ya Ukrayna olacaq. Qeyd edək ki, hərəyə 3 xal toplayan həmin komandalar da bu gün qarşılaşacaq. Bundan sonra qrup lideri və ikincisi müəyyənləşəcək. Məhz bu qrupun təmsilçiləri ilə millimizin yer aldığı qrupun qalibləri 1/4 finalda qarşılaşacaqlar.

Bu baxımdan turnirin favoritlərindən hesab olunan ispanlarla görüş qrupdakı yerimizin müəyyənləşməsi və 1/4 finaldakı rəqibimizin kim olması baxımından əhəmiyyətlidir. İspaniya yığması millimizə uduzacağı təqdirdə qrupda qalmaq ehtimalı olduğundan görüşün gərgin keçəcəyini proqnozlaşdırmaq olar.

23:45. Azərbaycan – İspaniya

Hakimlər: Vladimir Kadikov (Rusiya), Admir Zahoviç (Sloveniya), Alessandro Malfer (İtaliya)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam